Xəbərlər

İsveç Konstitusiyasına dəyişiklik edilə bilər

Son illərdə İsveçdə dəstə cinayətləri və silahlı hücumların artması hökuməti vətəndaşlığın ləğvi barədə tədbirlər görməyə vadar edib.

Crossmedia.az BBC- yə istinadən xəbər verir ki, siyasi partiyalar milli təhlükəsizlik üçün təhlükə yaradan cinayətlər törədən ikili vətəndaşların vətəndaşlıqdan məhrum edilməsinə dair razılığa gəliblər.

Vətəndaşlıq saxtakarlıqla əldə edilərsə və ya dövlətə ciddi təhlükə törədilirsə, ləğv edilə bilər. Bu, İsveç Konstitusiyasına dəyişiklik tələb edir və parlamentdə gələn il müzakirə olunacaq. Müxalifət partiyaları təklifə ehtiyatla yanaşır, bəziləri isə tamamilə qarşı çıxır.

Hökumət qonşu Danimarkanın oxşar qanunlarını nümunə göstərərək, İsveçdə cinayətkarlığa qarşı daha sərt addımlar atmağı hədəfləyir.

Fidan Hacızadə

06:48 16.01.2025

Oxunuş sayı: 2838

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR