İsrail prezidenti: “Qəzza razılaşması bir çox problemlər gətirir”
İsrail Prezidenti İsxak Hersoq Qəzzada atəşkəs razılaşmasını tənqid edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, razılaşmanın özü ilə bir sıra problemlər gətirdiyini vurğulayıb. Prezident İsrailin təhlükəsizlik maraqlarının qorunmasının vacibliyini qeyd edib.
Hersoqun bəyanatında xüsusilə ölkənin təhlükəsizlik və strateji maraqlarının ön planda saxlanılmasının əhəmiyyəti diqqətə çatdırılıb.
İsrail rəhbərliyində bu mövzunun ciddi müzakirələrə səbəb olduğu bildirilir.
Fidan Hacızadə
06:00 16.01.2025
Oxunuş sayı: 2895