ABŞ Türkiyə şirkətinə sanksiya tətbiq edib
ABŞ Maliyyə Nazirliyi Türkiyənin "Kuzey Star Shipyard Maritime Industry and Trade (North Star Shipyard)" gəmiqayırma zavodunu sanksiya siyahısına daxil edib.
Crossmedia.az bu barədə nazirliyin bəyanatına istinadən məlumat verir.
Sənəddə qeyd olunur ki, bu şirkət Rusiya Dövlət Korporasiyası “Rosatom”un strukturuna daxil olan FQUP “Atomflot” ilə əlaqəlidir.
Xatırladaq ki, 2021-ci ilin iyununda “Atomflot” iki tender keçirdikdən sonra Türkiyənin "Kuzey Star Shipyard" şirkəti ilə üzən dokun tikintisi üzrə müqavilə bağlamışdı.
Xatırladaq ki, FQUP “Atomflot” ABŞ tərəfindən 2023-cü ilin mayında sanksiya siyahısına daxil edilmişdi.
Gültac Mehdizadə
05:26 16.01.2025
Oxunuş sayı: 2356