Xəbərlər

İsrail hökuməti HƏMAS-la atəşkəs sazişini təsdiqləyəcək - Tarix

İsrailin Təhlükəsizlik üzrə Nazirlər Kabineti cümə axşamı HƏMAS-la atəşkəs sazişini təsdiqləmək üçün görüş keçirəcək. 

Crossmedia.az bildirir ki, bu barədə "The Times of Israel" çərşənbə günü məlumat yayıb.

İsrail mətbuatına görə, görüş yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 13:00-da) başlayacaq.

Bununla yanaşı, "Associated Press" xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahunun dəftərxanasından yayılan məlumata görə, sazişin bütün detallarının hələ tam razılaşdırılmadığı bildirilir. Lakin hökumət ümid edir ki, “bu gecə ərzində detallar tam dəqiqləşdiriləcək”.

Hazırda konfliktin heç bir tərəfi rəsmi olaraq sazişin bağlanmasını təsdiqləməyib.

Eyni zamanda, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp bildirib ki, Qəzza zolağında saxlanılan İsrail əsirlərinin azad edilməsi ilə bağlı razılaşmanın əldə olunması barədə məlumat alıb.

Gültac Mehdizadə

05:10 16.01.2025

Oxunuş sayı: 2598

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR