Xəbərlər

OPEC+ ölkələrinin gündəlik neft hasilatı azalıb

Dekabr ayında OPEC+ ölkələri neft hasilatını sutkada 64 min barel azaldıb və plandan 284 min  barel az hasil ediblər.

Crossmedia.az “TASS”a istinadla xəbər verir ki, Liviya, İran və Venesuela (razılaşmadan azad olan ölkələr) istisna olmaqla, alyansın hasilat həcmi sutkada 35164 milyon barel olub. 

Qeyd edək ki, İraq hasilatı 22,000 barel azaldaraq 4019 milyon barelə endirsə də, hədəfdən 129,000 barel çox hasil edib. Qazaxıstan isə hasilatı 35,000 barel azaldaraq 1.442 milyon barel edib və plandan 28 min barel artıq ixrac edib.

Həmçinin, bir neçə Afrika ölkəsi yenidən OPEC+ razılaşmalarının altında hasilat edib: Cənubi Sudan (72000 barel az), Sudan (37000 barel az), Konqo (14000 barel az) və Ekvatorial Qvineya (8000barel az).

Nəzrin Salmanova

04:50 16.01.2025

Oxunuş sayı: 2440

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR