ABŞ-dan Moldovaya nəqliyyat və kibertəhlükəsizlik dəstəyi
Moldova ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən (USAID) 70 milyon dollar qrant alacaq.
Crossmedia.az “İnterfaks”a istinadən xəbər verir ki, bu vəsait nəqliyyat infrastrukturunun inkişafı və kibertəhlükəsizlik imkanlarının artırılmasına sərf ediləcək.
Sazişi Moldovanın Baş Naziri Dorin Recean və USAID-in missiya rəhbəri Con Allelo imzalayıb. Qrantın bir hissəsi Moldova ilə Ukrayna arasında ticarət əlaqələrini yaxşılaşdırmaq üçün infrastruktur layihələrinə, sərhədyanı yük dayanacaqlarının tikintisinə və Bereşti logistika mərkəzinin inkişafına yönəldiləcək.
Digər hissə isə kibertəhlükəsizlik üzrə təlimlər və texniki dəstəyə ayrılacaq. USAID son 30 ildə Moldovada 2,1 milyard dollar dəyərində 130-dan çox layihə həyata keçirib.
Gültac Mehdizadə
18:50 15.01.2025
Oxunuş sayı: 3212