Xəbərlər

Rusiyadan Gürcüstana pul köçürmələri azalıb

2024-cü ildə Rusiyadan Gürcüstana pul köçürmələri 2,8 dəfə azalaraq 541 milyon dollar təşkil edib.

Bu barədə Crossmedia.az Gürcüstan Milli Bankına istinadən bildirir.

Eyni zamanda, ABŞ-dan Gürcüstana 573 milyon dollar (24% artım), İtaliyadan 567 milyon dollar (8% artım), Almaniyadan 267 milyon dollar (15% artım), Yunanıstandan 263 milyon dollar (7% artım) və İsraildən 249 milyon dollar (16% artım) pul köçürülüb.

Ümumilikdə, 2024-cü ildə Gürcüstana digər ölkələrdən pul köçürmələrinin həcmi 3,4 milyard dollar təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 19% azdır. 2023-cü ildə bu göstərici 4,1 milyard dollar olub, 2022-ci ildə isə 4,4 milyard dollarla pik həddə çatmışdı.

Gültac Mehdizadə 

18:23 15.01.2025

Oxunuş sayı: 2599

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR