Xəbərlər

Paşinyan yaxın vaxtlarda bu təşkilatdan çıxacağını elan edəcək

Nikol Paşinyanın yaxın zamanlarda Ermənistanın Kütləvi Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacağı ilə bağlı məlumat qeydə alınıb.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Paşinyanın bu addımı ciddi narazılığa səbəb ola bilər.

" Nikol Paşinyan yaxın vaxtlarda Ermənistanın KTMT-dən çıxacağını elan edəcək. Öz növbəsində, Rusiya əslində bildirib ki, Ermənistan Avropa İttifaqına üzvlük məsələsini gündəmdə saxlaya bilməz və eyni zamanda Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qala bilməz. Aydındır ki, Nikol Paşinyanın xarici siyasəti avantüra çərçivəsində qalır və bu, ölkəmizə yeni fəlakət gətirmək riski yaradır",- deyə  Ermənistanın keçmiş Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Artur Vanetsyan bildirib:

"Hər hansı bir dövlət qərarının əsasında vətənin maraqları və həmin qərarın nəticə və təsirləri barədə diqqətlə aparılmış hesablamalar dayanmalıdır. Halbuki bu halda, başqalarının maraqlarından qaynaqlanan tələskənlik açıq-aydındır. Bu isə o deməkdir ki, ciddi nəticələr yarana bilər və bu nəticələrdən biz hamımız istisnasız olaraq zərər çəkəcəyik".

Fatimə Məmmədova 

16:11 15.01.2025

Oxunuş sayı: 3166

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR