"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb
“Instagram” istifadəçilərə şəkillər çəkmək, onlara filtrlər tətbiq etmək və bu şəkilləri bir sıra yollarla, o cümlədən “Twitter” və “Facebook” kimi sosial şəbəkələr vasitəsilə paylaşmaq imkanı verən onlayn foto paylaşma və sosial şəbəkə xidmətidir. “Instagram” “iPhone”, “iPad” və “Android” cihazları üçün tətbiq kimi mövcuddur və “Facebook”un bir hissəsidir.
Crossmedia.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidmətinin məlumatında bildirilib.
Hazırda 8,7 mindən çox istifadəçi tətbiqin işləməməsindən, serverə giriş problemlərindən şikayət edir.
“İnstagram”ın işində yaranan nasazlıqlardan ən çox ABŞ, Braziliya, Böyük Britaniya, Kanada, Niderland və Fransanın sosial şəbəkə istifadəçiləri əziyyət çəkir.
“Downdetector”un təqdim etdiyi qrafik son 24 saat ərzində göndərilən problem hesabatlarının adi vaxtlarda göndərilən hesabatlarla müqayisəsini göstərir.
Nərgiz Camalzadə
15:31 15.01.2025
Oxunuş sayı: 3346