Suriyalı qardaşlarımızla birlikdə terror təşkilatlarının başçılarını qısa zamanda əzəcəyik - Ərdoğan
"Suriyanın təbii sərvətlərini zəbt edən YPG silahı yerə qoymasa, gözlənilən aqibətdən xilas ola bilməyəcək".
Crossmedia.az türk mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Hər kəs əlini Suriyadan çəksin. Suriyalı qardaşlarımızla birlikdə İŞİD, YPG və digər terror təşkilatlarının başçılarını qısa zamanda əzəcəyik, Bizdə bu güc var" deyə Ərdoğan qeyd edib.
10:42 15.01.2025
Oxunuş sayı: 2416