Ermənistan Rusiyaya nota verib
Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.
Crossmedia.az xəbər verir ki, səbəb isə Rusiya kanalında efirə Zəngəzur dəhlizinə dair sujetin verilməsidir. Ermənistan bunu ərazi bütövlüyünə qarşı təxribat kimi qiymətləndirib
“Rusiya Federasiyasının Ümumrusiya Dövlət Televiziya kanalında 2025-ci il yanvarın 12-də yayımlanan “Vesti Nedeli” verilişinin buraxılışında respublikanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, süni şəkildə yaradılmış fikirlər səsləndirilib. Ermənistanın Xarici İşlər Nazirliyi, yanvarın 15-də Rusiya Federasiyasının Ermənistandakı səfiri S.P.Kopırkin Ermənistanın Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı səfirə müvafiq etiraz notası verilib”, - deyə idarədən bildirilib.
10:37 15.01.2025
Oxunuş sayı: 2480