Xarici xəbərlər

Ukrayna Xersona zərbə endirib: üç nəfər yaralanıb

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı ilə Rusiyanın nəzarəti altında olan Xerson vilayətinin Yeni Kaxovka şəhərindəki avtoyuma məntəqəsinə zərbə endirməsi nəticəsində üç nəfər yaralanıb. 

Crossmedia.az Rusiyanın TASS xəbər agentliyinə istinadən xəbər verir ki, hücum zamanı avtoyuma məntəqəsində olan minik avtomobillərinə qəlpə zədələri dəyib.

"Kiyev bir daha aqressiv siyasətini nümayiş etdirərək Yeni Kaxovka şəhər dairəsindəki avtoyuma məntəqəsinə pilotsuz uçuş aparatı ilə zərbə endirib. Yaralılıar xəstəxanaya çatdırılıb. Zərərçəkənlərə bütün zəruri tibbi yardım göstərilir", - deyə şəhər dairəsinin rəhbəri Vitaliy Qura məlumat verib.

Fatimə Məmmədova

06:54 15.01.2025

Oxunuş sayı: 3043

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR