Xəbərlər

Los-Ancelesdəki yanğınlarda kimyəvi təhlükə: İçməli suya qarışa bilər

ABŞ-nin  Los-Anceles şəhərində  və ətrafında davam edən yanğınları söndürmə işləri davam edir. 

Crossmedia.az Türkiyənin NTV xəbər agentliyinə istinadən bildirir ki, mütəxəssislər yanğınlardan yaranan zəhərli kimyəvi maddələrin içməli suları çirkləndirə biləcəyini və filtrasiya, eləcə də qaynatma üsullarının təsirli olmaya biləcəyini xəbərdar ediblər.

Qeyd edək ki,yanğın nəticəsində 24 nəfər həyatını itirib, təxminən 150 min nəfərin təxliyəsi əmri verilib. Yanğın zamanı 12 mindən çox bina zədələnib və  istifadəyə yararsız hala düşüb. Davam edən yanğınların ümumi ziyanı və iqtisadi itkilərin 250 milyard dollar ilə 275 milyard dollar arasında olacağı təxmin edilir.

Fatimə Məmmədova

06:11 15.01.2025

Oxunuş sayı: 2540

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR