Xarici xəbərlər

Zaxarova: Qərb “Şimal axınları” partlayışını araşdırmaq istəmir

“Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərində baş vermiş diversiyanın nəticəsində ortaya çıxacaq real faktlar Qərb üçün ölümcül olardı.

Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Birinci Kanalın “Antifeyk” proqramında danışıb.

Diplomatik nümayəndə proqramın müvafiq hissəsini öz Telegram kanalında paylaşıb.

“Bu məsələ siyasi fikir ayrılıqları səbəbindən araşdırılmayıb. Əslində, bu faktların üzə çıxması Qərb üçün ölümcül olardı, buna görə də həmin faktlar masaya qoyulmayıb,” — deyə Zaxarova bildirib.

Bundan əvvəl Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bəyan etmişdi ki, ABŞ Rusiya qazının Şərqi və Cənub-Şərqi Avropa vasitəsilə Avropa İttifaqına çatdırılmasını təmin edən “Türk axını” qaz kəmərini sıradan çıxarmaq istəyir.

Gültac Mehdizadə 

19:12 14.01.2025

Oxunuş sayı: 2762

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR