Xarici xəbərlər

İran və Rusiya arasında gizli danışıqlar - Nə baş verir?

İran nüvə proqramı və hava hücumundan müdafiə sistemləri ilə bağlı yardım almaq üçün Rusiya ilə gizli danışıqlar aparır.

Crossmedia.az bu barədə “The Times”-a istinadən xəbər verir.

Qeyd olunur ki, İranın ali dini lideri Xameneyinin baş müşaviri Əli Laricaninin Moskvaya gizli uçuşlar etməsi İran-Rusiya münasibətlərinin dərinləşməsindən və bir-birinə təsirinin artmasından xəbər verir.

Qərb qorxur ki, Moskva “İranın nüvə proqramı ilə bağlı əvvəllər müəyyən edilmiş qırmızı xətləri keçməyə hazırdır, çünki Rusiya raket və dronların tədarükündə İrandan asılıdır”.

Mənbələr bildiriblər ki, Tehran Hizbullah-ı yenidən silahlandırmaq üçün Kremldən maddi-texniki yardım da istəyib.

17:38 14.01.2025

Oxunuş sayı: 4048

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR