Xarici xəbərlər

Əhmədiandan Ermənistana TƏKLİF

“İran nümayəndəsi Paşinyana Cənubi Qafqazda şahmat oyununun qaydalarını izah edib”.

Crossmedia.az bildirir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov “Svobodnaya pressa”dakı məqaləsində yazıb.

Onun sözlərinə görə, Yaxın Şərqdəki böyük böhranın sunami dalğaları Cənubi Qafqaza da çatır.

“İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Bakı və İrəvana səfər edib. O, Azərbaycan və Ermənistanın ali rəhbərliyi ilə danışıqlar aparıb. Səfər Yaxın Şərqdə və xüsusən də Suriyada baş verən təlatümlü hadisələrlə birbaşa bağlı olub. Tehran Azərbaycanı Naxçıvan və Ermənistan ərazisindən Türkiyə ilə birləşdirən Zəngəzur dəhlizi ilə bağlı Bakının İrəvana qarşı kəskin ritorikasından narahat olmağa başlayıb”, - deyə Tarasov qeyd edib.

Tarasov bildirib ki, Əhmədian Ermənistana İran qoşunlarının Ermənistan ərazisinə yeridilməsi imkanı ilə hərbi müqavilə imzalamağı təklif edib. 

17:14 14.01.2025

Oxunuş sayı: 3899

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR