Putinin köməkçisi: ”Ukrayna 2025-ci ildə mövcudluğunu dayandıracaq”
Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev Ukraynadakı müharibə və mümkün sülh danışıqları ilə bağlı maraqlı açıqlamalar verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, O, deyib: "Ukrayna üzrə danışıqlar yalnız Rusiya Federasiyası və ABŞ arasında aparılmalıdır”.
Daha sonra Patruşev bildirib: ”Ukrayna 2025-ci ildə mövcudluğunu dayandıracaq”.
Rusiyalı siyasətçi Moldovanı da "unutmayıb": "Ukrayna və Moldova dövlət kimi qalmayacaqlar. Moldova və Ukrayna hakimiyyətlərinin anti-Rusiya siyasəti bu ölkələrin möcvudluğuna xitam verə bilər".
16:07 14.01.2025
Oxunuş sayı: 4147