Rus ordusunda döyüşən Hindistan vətəndaşı həlak olub - rəsmi Dehli tələb edir
Ukraynaya qarşı Rus ordusunda döyüşən bir Hindistan vətəndaşı həlak olub, biri isə yaralanıb. Hər iki şəxsin Kerala ştatından olduğu qeyd olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Hindistan hökuməti məsələni Rusiya rəsmiləri ilə müzakirə edərək, vətəndaşlarının erkən tərxis olunmasını tələb edib. Həlak olan şəxsin cənazəsinin və yaralının Hindistana qaytarılması üçün işlər davam etdirilir.
Qeyd edək ki, keçən il Hindistan hökuməti Rusiya ordusunun Hindistan vətəndaşlarını cəlb etməsini dayandırmağı tələb etmiş, sentyabr ayında isə 45 nəfərin tərxis edildiyini açıqlamışdı.
Gültac Mehdizadə
14:56 14.01.2025
Oxunuş sayı: 4960