Xarici xəbərlər

Zelenski və Makron Ukraynaya qoşun yerləşdirilməsini müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron hərbi dəstək və müttəfiq qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsi məsələsini müzakirə ediblər.

Crossmedia.az xəbər verir ki, prezident Volodimir Zelenski bazar ertəsi Fransa Prezidenti Emmanuel Makronla danışıqlar apardığını bildirib. Danışıqların əsas mövzusu Ukraynaya dəstək olub. Görüş zamanı müttəfiq qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsi məsələsi də müzakirə edilib.

“Bu, olduqca uzun və ətraflı bir söhbət oldu. Biz müdafiə dəstəyini – müxtəlif müdafiə formalarını və Ukrayna üçün silah paketlərini müzakirə etdik,” – deyə Zelenski müraciətində qeyd edib.

Görüş zamanı liderlər Ukrayna üçün raketlərin alınmasına sərmayə yatırılması məsələsinə də toxunublar.

“Biz həmçinin tərəfdaş kontingentlərinin yerləşdirilməsi və hərbçilərimizin təlimi məsələsini də müzakirə etdik,” – deyə Ukrayna Prezidenti əlavə edib və Ukrayna əsgərlərinin Fransada təlim keçməsi ilə bağlı məsələlərin müzakirə olunduğunu bildirib.

Xatırladaq ki, 10 yanvar tarixində Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keir Starmer Ukraynaya əlavə dəstək və təhlükəsizlik təminatları ilə bağlı məsələləri müzakirə ediblər.

Gültac Mehdizadə

14:05 14.01.2025

Oxunuş sayı: 3393

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR