Tramp İsraili hər hansı “lazımsız” eskalasiyadan çəkinməyə çağırıb
İsrail telekanalı ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Təl-Əvivdəki rəsmilərə mesaj göndərdiyini və İsraili hər hansı “lazımsız” eskalasiyadan çəkinməyə çağırdığını açıqlayıb.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, Trampın köməkçiləri İsrail rəsmilərinə ABŞ-nin yeni administrasiyasının Yaxın Şərqdə sabitliyə nail olmaq məqsədi daşıdığını bildirib.
Telekanalın məlumatına görə, Tramp Qəzza zolağında saxlanılan israilli əsirlərin azad edilməsi üçün səylərə şəxsən müdaxilə etməyə başlayıb. O, rəsmi olaraq vəzifəyə başlamazdan əvvəl bu məsələnin həllində maraqlı olduğunu bildirib.
Məlumatda həmçinin qeyd olunub ki, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff İsrailin baş naziri Benyamin Netanyahu ilə növbəti addımları müzakirə edib.
Qeyd edək ki, bu görüşdən sonra Mossad və İsrail Təhlükəsizlik Agentliyinin rəhbərlərinin birbaşa danışıqlar aparmaq üçün Qətərə göndərilməsi qərara alınıb.
Nəzrin Salmanova
12:08 14.01.2025
Oxunuş sayı: 15694