Lavrov: Qlobal dekolonizasiya hələ tamamlanmayıb
Millətlərin öz müqəddəratını təyin etmə hüququ, BMT Nizamnaməsində təsbit edilməsinə baxmayaraq, hələ tam şəkildə həyata keçirilməyib.
Crossmedia.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 14-də keçirdiyi mətbuat konfransında bildirib.
“Hazırda dünyada 17 özünü idarə etməyən ərazi mövcuddur. Dekolonizasiya ilə bağlı xüsusi BMT Baş Assambleyası Komitəsi mövcuddur. Bu komitə hər il toplanaraq dekolonizasiya prosesinin tamamlanmasının vacibliyini təsdiqləyir. Xüsusilə, Mayotta adası ilə bağlı çoxsaylı qətnamələr qəbul edilib. BMT-nin qərarlarına baxmayaraq, Fransa bu adanı Komor adalarına qaytarmaq istəmir. Eyni zamanda, Mavriki dövləti və bir sıra digər məsələlər də gündəmdədir,” – deyə Lavrov vurğulayıb.
Nazir qeyd edib ki, millətlərin öz müqəddəratını təyin etmə hüququ dekolonizasiya prosesinin əsasını təşkil edir.
Nərgiz Camalzadə
11:58 14.01.2025
Oxunuş sayı: 2423