Xarici xəbərlər

Əgər xalq istəsə, Ərdoğan yenidən namizəd ola bilər

"Əgər xalq istəsə, Ərdoğan yenidən namizəd ola bilər"

Crossmedia.az Türkiyə  mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömer Çelik deyib.

Çelik, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən Prezidentliyə namizədliyini irəli sürəcəyinə dair açıqlamasını şərh edib.

O qeyd edib ki, AK Partiyanın Şanlıurfa konqresində İbrahim Tatlısəsin prezident Ərdoğana yenidən namizəd olması ilə bağlı sualına Ərdoğanın “Sən varsan, mən də varam” cavabı Partiya üzvlərini sevindirib.

Partiya sözçüsü bildirib ki, bu məsələ zamanı gəldikdə də müzakirə ediləcək, bölgədə baş verənlər isə Ərdoğanın siyasi təcrübəsinin nə qədər vacib və dəyərli olduğunu göstərir.

Nəzrin Salmanova

11:52 14.01.2025

Oxunuş sayı: 16492

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR