Co Bayden: “Los-Ancelesin bərpası üçün on milyardlarla dollar lazımdır"
ABŞ-nin Los-Anceles şəhərində davam edən yanğınlar nəticəsində dəyən ümumi zərərin və iqtisadi itkilərin 250-275 milyard dollar arasında olduğu təxmin edilir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Los-Anceles bölgəsi yanvarın 7-dən etibarən tarixin ən böyük yanğınına səhnə olub.
Güclü külək səbəbindən sürətlə yayılan yanğınlarda 160 min hektardan çox ərazi külə dönüb. Ən azı 24 nəfər həyatını itirib, 12 mindən çox tikili, o cümlədən məşhurların evləri dağılıb.
ABŞ prezidenti Co Baydenin sözlərinə görə, “Los-Ancelesin bərpası üçün on milyardlarla dollar lazımdır".
11:05 14.01.2025
Oxunuş sayı: 3067