Xarici xəbərlər

Oskar nominasiyalarının elan edilməsi təxirə salınıb

ABŞ-nin Los-Anceles şəhərində və ətrafında davam edən meşə yanğınları səbəbindən “Oskar” nominasiyaları yanvarın 23-ü elan olunacaq.

Crossmedia.az “Euronews”a istinadla xəbər verir ki, bu barədə Kino Sənətləri və Elmləri Akademiyası məlumat yayıb.

“Biz hamımız yanğınların təsirindən və cəmiyyətimizdə çoxlarının yaşadığı böyük itkilərdən məyus olduq. Akademiya həmişə kino sənayesində birləşdirici qüvvə olub və biz çətinliklər qarşısında bir yerdə dayanacağıq”,- deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Kino akademiyası öz üzvləri üçün namizədlərin səsvermə müddətini də cümə gününə qədər uzadıb. Səsvermə müddəti ilkin olaraq 12 yanvar bazar günü başa çatmalı idi.

Nəzrin Salmanova

10:56 14.01.2025

Oxunuş sayı: 19641

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR