Xarici xəbərlər

Bayden administrasiyası Zukerberqi və əməkdaşlarını təhqir edib

“Meta” sosial şəbəkə şirkətinin rəhbəri Mark Zukerberq ABŞ-dəki Cozef Bayden administrasiyasını peyvənd əleyhinə səsləri susdurmaq üçün onlara təzyiq göstərdiyini bildirib.

Crossmedia.az xəbər verir ki, o, bu barədə amerikalı aktyor Coy Roqanın podkastında deyib. 
M.Zukerberqin  sözlərinə görə, Baydenin administrasiyasının nümayəndələri şirkətə zəng edərək təzyiq göstərib və təhqirlər səsləndiriblər.
Qeyd edək ki, 2023-cü ildə İsrail-Fələstin müharibəsi zamanı “Meta” platformalarında Fələstin tərəfdarlarının hesablarının bloklanması və məlumat axınının məhdudlaşdırılması ilə bağlı tənqidlər artıb.

Gültac Mehdizadə

10:26 14.01.2025

Oxunuş sayı: 3171

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR