Xarici xəbərlər

Trampa qarşı ittihamlarla bağlı araşdırmaların təfərrüatları məlum olub

ABŞ-nin Ədliyyə Departamenti konqresə xüsusi prokuror Cek Smitin ölkənin yeni seçilmiş prezidenti Donald Trampın 2020-ci il seçkilərinin nəticələrini ləğv etmək cəhdləri ilə bağlı apardığı araşdırmanı əks etdirən yekun hesabatının 1-ci cildini təqdim edib. 

Crossmedia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Röyter” xəbər agentliyi məlumat yayıb. 

Hesabatda Trampın 2023-cü ildə 2020-ci il seçkilərinin nəticələrini ləğv etmək üçün “cinayət sxemi” təşkil etdiyi iddiası ilə 4 ağır cinayətdə ittiham edilməsinə səbəb olan araşdırmanın təfərrüatları var.

Qeyd edək ki, Tramp ittihamlarda özünü təqsirli bilməyib.

Nəzrin Salmanova

10:22 14.01.2025

Oxunuş sayı: 23066

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR