Xarici xəbərlər

Bayden Qəzzadakı atəşkəsin tarixini və detallarını açıqlayıb

ABŞ Prezidenti Cozef Bayden Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmanın qaçılmaz olduğunu bildirməsindən sonra müzakirəçilər Dohada görüş keçirəcək. 

Crossmedia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Röyter” xəbər agentliyi  məlumat yayıb.

Bildirilib ki, danışıqlarda hər şey yaxşı gedərsə, saziş yanvarın 16-da imzanala bilər. danışıqların  “hər şey yaxşı gedərsə” sazişin çərşənbə axşamı yekunlaşacağı gözlənilir.

Bayden müqavilə nəticəsində girovların azad ediləcəyini də diqqətə çatdırıb:

"Bu müqavilə girovları azad edəcək, döyüşləri dayandıracaq, İsrailin təhlükəsizliyini təmin edəcək və HƏMAS-ın başladığı bu müharibədə dəhşətli əziyyət çəkən fələstinlilərə humanitar yardımı əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək”.

09:41 14.01.2025

Oxunuş sayı: 2926

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR