Xarici xəbərlər

HƏMAS cəhənnəm alovu ilə qarşılaşacaq - Tramp

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp girov və atəşkəs razılaşmasının həftə sonuna qədər başa çatdırıla biləcəyini bildirib.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir, onun sözlərinə görə, artıq razılaşma əldə olunub:

“Mən başa düşürəm ki, bu  razılaşdırılıb və onlar onu yekunlaşdırırlar. Amma bu, mütləq baş verməlidir”.

Trampın təyin edəcəyi yeni Yaxın Şərq nümayəndəsi Stiv Vitkof hazırda regiondadır və son günlər İsrail və Qətər rəsmiləri ilə görüşlər keçirib. O, prezident Co Baydenin istefa edən Yaxın Şərq nümayəndəsi Brett MakGurk ilə də sıx əlaqə saxlayır. 

Tramp xəbərdarlıq edib ki, yanvarın 20-də onun inaqurasiyasından əvvəl razılıq əldə olunmasa, HƏMAS-a qarşı “cəhənnəm alovu” baş verəcək.

O, HƏMAS-a israillilərlə razılığa gəlməsi ilə bağlı xəbərdarlığını təkrarlayıb. “Əgər bunu etməsələr,  orada çox problem olacaq, indiyə qədər görmədikləri qədər çox problem”,-deyə Tramp qeyd edib.

Fatimə Məmmədova

05:20 14.01.2025

Oxunuş sayı: 3592

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR