CROSSMEDIA - Tibetdə zəlzələ
Xarici xəbərlər

Tibetdə zəlzələ

Çinin cənub-qərbində, Nepal sərhədində yerləşən Tibet Muxtar Rayonunda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Crossmedia.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təxminən 8,7 min əhalisi olan Nepal şəhəri Lobuçedən 83 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı isə 10 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Xatırladaq ki, yanvarın 7-də Çin-Nepal sərhədində 7,1 maqnitudalı zəlzələ baş verib. Nəticədə 126 nəfər həlak olub, 61,5 min nəfər xəsarət alıb.

Nərgiz Camalzadə 

18:32 13.01.2025

Oxunuş sayı: 3932

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR