Danimarka razılaşdı: Trampla danışıqları davam etdirməyə hazırıq
Danimarka hökuməti ABŞ-nin yeni administrasiyası ilə Arktika əraziləri üzrə dialoqa hazır olduğunu təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Danimarka xarici işlər naziri Lars Lyokke Rasmussen məlumat verib.
“Amerikalıların Arktikada təhlükəsizlik vəziyyəti ilə bağlı müəyyən narahatlıqları var ki, bunu Danimarka tərəfi də bölüşür. Buna görə də Danimarka Qrenlandiya ilə sıx əməkdaşlıq edərək, Amerika tərəfinin qanuni maraqlarını təmin etmək üçün ABŞ- nin yeni seçilmiş Prezidenti Donald Trampla danışıqları davam etdirməyə hazırdır”, - deyə o vurğulayıb.
Qeyd edək ki, bir neçə gün öncə Donald Tramp Çin və Rusiya təhdidindən qorunmaq üçün Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil edilməli olduğunu bildirib.
Nəzrin Salmanova
17:29 13.01.2025
Oxunuş sayı: 3812