Birləşmiş Ştatlar qaz ixracında rekord qırıb
Birləşmiş Ştatlar 2024-cü ildə 120 milyard kubmetr qaz ixrac etməklə öz tarixində rekord müəyyənləşdirib.
Crossmedia.az bu barədə Financial Times-a istinadən xəbər verir.
ABŞ təkcə Avropaya 51.3 milyard kubmetr qaz ixrac edib ki, bu istiqamətdə Rusiyadan cüzi geridə qalıb. Rusiya ötən il 54.45 milyard kubmetr qaz ixrac edib.
Birinci yerdə isə 94.3 milyard kubmetrlə Norveç qərarlaşıb.
15:25 13.01.2025
Oxunuş sayı: 4009