Almaniya kəşfiyyatının əməkdaşı evində ölü tapılıb
Pakistanda, İslamabadın diplomatik rayonunda Almaniya səfirliyinin əməkdaşının - 54 yaşlı Tomas B-nin meyiti aşkar edilib.
Crossmedia.az bu barədə Almaniyanən BILD nəşrinə istinadən xəbər verir.
Bildiririlir ki, şəxs Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) əməkdaşı olub və rəsmi olaraq diplomat statusuna malik olmayıb.
Tomas B. iki gün işdə görünməyib və zənglərə cavab verməyib. Onun həmkarları mənzilinə baş çəkərək cəsədini tapıblar. Hadisə ilə bağlı araşdırmalar aparılır.
Gültac Mehdizadə
15:10 13.01.2025
Oxunuş sayı: 3671