Tramp sərt idxal tarifi tətbiq edəcək
Yeni seçilmiş prezident Donald Tramp bildirib ki, administrasiyasının ilk günündən etibarən ABŞ idxallarına qarşı sərt tariflər tətbiq etmək niyyətindədir.
Crossmedia.az-ın axios.com-a istinadən verdiyi məlumata görə, ekspertlər xəbərdarlıq edir ki, belə addımlar qiymət artımı, səhm bazarında eniş və müttəfiqlərin cavab tədbirləri ilə nəticələnə bilər.
Tramp iki variant arasında seçim etməlidir: ya əvvəlki dövründə istifadə etdiyi mərhələli tarif mexanizmlərinə yenidən üz tutmalı, ya da fövqəladə vəziyyət elan edərək sürətli tədbirlər görməlidir. Lakin sürətli yanaşma həm hüquqi, həm də siyasi risklər yaradır.
Kanada artıq ABŞ məhsullarına 25%-lik tarif tətbiq etməyə hazırlaşır. Digər böyük iqtisadiyyatların da oxşar reaksiyası 2018-ci ilin ticarət müharibəsini kölgədə qoya bilər.
Elnurə Kərimova
14:22 13.01.2025
Oxunuş sayı: 3004