Yaponiyada 6.8 bal gücündə zəlzələ baş verib
Yaponiyada mərkəzi Hyuga-nada dənizinin açıqlarında yerləşən ərazidə 6.8 bal gücündə zəlzələ baş verib.
Crossmedia.az Yapon Meteorologiya Agentliyinin (JMA) verdiyi açıqlamaya xəbər verir ki, təkanlar yerli vaxtla saat 21:19-da, 30 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələdən sonra Hyuga-nada dənizi açıqlarında müvafiq olaraq 3.9 və 4.1 bal gücündə afterşoklar qeydə alınıb.
Miyazaki və Kochi prefekturaları ilə yanaşı, Fukuoka, Saga, Kumamoto və Oita prefekturalarında da güclü hiss edilən zəlzələlər, panikaya səbəb olub.
Nərgiz Camalzadə
13:32 13.01.2025
Oxunuş sayı: 22826