CROSSMEDIA - Ukraynada ən azı 300 Şimali Koreya əsgəri öldürülüb
Xarici xəbərlər

Ukraynada ən azı 300 Şimali Koreya əsgəri öldürülüb

Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NIS) Ukraynada Rus ordusuna dəstək verən ən azı 300 Şimali Koreya əsgərinin öldüyünü və təxminən 2.700 əsgərin yaralandığını açıqlayıb.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, NIS tərəfindən Cənubi Koreya parlamentindəki kəşfiyyat komitəsinə verilən məlumata görə, Şimali Koreya əsgərlərinin müasir döyüş taktikaları haqqında kifayət qədər biliyə sahib olmadığı bildirilib. Əsgərlərin uzunmənzilli pilotsuz uçuş aparatlarına atəş açmaq kimi “faydasız” hərəkətlər etməsi nəticəsində itkilərin artdığı qeyd edilib.

Açıqlamada həmçinin Şimali Koreya rəhbərliyinin əsgərlərə Ukrayna ordusu tərəfindən əsir götürülməmək üçün özlərini öldürmək əmrini verdiyi iddia olunub.

Fidan Hacızadə

12:40 13.01.2025

Oxunuş sayı: 3232

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR