Putin və Tramp görüşəcək? - Peskov açıqladı
Putin və Tramp arasında danışıqlar hələlik konkret şəkildə hazırlanmayıb.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ilə ABŞ-nin seçilmiş prezidenti Donald Tramp arasında danışıqların konkret hazırlığı hələlik aparılmır.
"Bir çox ölkələr özlərini belə təmasların keçirilməsi üçün mümkün məkan kimi təklif edirlər. Lakin bu barədə danışmaq hələ tezdir. Hələlik konkret bir hazırlıq yoxdur. Ancaq bəyan edilmiş bir anlayış və bu təmasların zəruri və məqsədəuyğun olduğunu göstərən siyasi iradə mövcuddur. Biz mümkün mübadilə variantlarını müzakirə etməyə davam edirik" – deyə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov əlavə edib ki, bu barədə daha konkret danışmaq Vaşinqtonda administrasiya dəyişdikdən sonra mümkün olacaq.
Qeyd edək ki, Donald Trampın inauqurasiyası 20 yanvar tarixinə təyin olunub.
Fatimə Məmmədova
10:14 13.01.2025
Oxunuş sayı: 4190