CROSSMEDIA - Rusiya müharibəni şiddətləndirə bilər
Xarici xəbərlər

Rusiya müharibəni şiddətləndirə bilər

Ukraynanın Rusiya qazının Avropa İttifaqına (Aİ) nəqlini dayandırmasının ardından Rusiyanın iqtisadi təsirlərlə necə üzləşəcəyi böyük maraq doğurur. Ekspertlərə görə, 2025-ci il Rusiya iqtisadiyyatı üçün durğunluq və resessiya ili olacaq. Diplomatik mənbələrə əsasən, Kremlin vaxt itirmədən qarşıdakı aylarda Ukraynaya böyük hücum başlatmağa hazırlaşdığı bildirilir.

Crossmedia.az “Haber Global”a istinadən xəbər verir ki, keçən həftə Ukrayna, Rus qazının Aİ ölkələrinə tranzit axınını tamamilə dayandırdığını elan edib. Ukraynanın qaz şirkəti Naftoqaz, Rusiyanın enerji nəhəngi Qazprom ilə davam edən 5 illik qaz axını müqaviləsini yeniləməkdən imtina edib və ilin ilk günü qaz tədarükünü kəsib. Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya iqtisadiyyatına milyardlarla dollar gəlir gətirən bu qaz razılaşmasına icazə verməyəcəyini əvvəllər açıqlamış və Aİ ölkələrini “kəsintiyə hazır olun” xəbərdarlığı ilə xəbərdar etmişdi.

Bu qərar Rusiya iqtisadiyyatına ciddi təsirlər göstərə bilər və Kremlin Ukraynaya qarşı hərbi fəaliyyətlərini daha da şiddətləndirməsi ehtimalını artırır. Hazırkı vəziyyət, həm enerji bazarını, həm də regional təhlükəsizliyi təhdid edən mürəkkəb bir vəziyyət yaradır.

Fidan Hacızadə

07:29 13.01.2025

Oxunuş sayı: 2809

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR