CROSSMEDIA - Suriyadakı siyasi prosesə dəstək yolları müzakirə edilib
Xarici xəbərlər

Suriyadakı siyasi prosesə dəstək yolları müzakirə edilib

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Suriyadakı vəziyyətlə bağlı keçirilən danışıqlarda iştirak edənlər Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Suriyada siyasi prosesə dəstək yollarını müzakirə ediblər.

Crossmedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi görüşün yekunlarına dair bəyanat yayıb:

“İştirakçılar Suriyada siyasi keçid prosesinə dəstək məsələsini müzakirə ediblər. Suriyanın siyasi və ictimai qüvvələri bütün suriyalıların hüquqlarına hörmət edilməklə bu prosesdə təmsil olunacaqlar”, - deyə sənəddə qeyd edilir.

Nəzrin Salmanova

06:56 13.01.2025

Oxunuş sayı: 2716

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR