CROSSMEDIA - Buxarestdə etirazçılar prezident seçkilərinin təkrar keçirilməsini tələb edirlər
Xarici xəbərlər

Buxarestdə etirazçılar prezident seçkilərinin təkrar keçirilməsini tələb edirlər

Dünən Rumıniya paytaxtında on minlərlə etirazçı nümayiş keçirərək ötən ay ləğv edilmiş prezident seçkilərinin yenidən keçirilməsini tələb ediblər.

Crossmedia.az xəbər verir ki, etiraz aksiyası Rumıniyanın Birləşməsi Uğrunda Alyans (AUR) tərəfindən təşkil edilib. 

"Bu gün rumınlar azadlıq və demokratiyanı dəstəkləyən ən böyük nümayişi keçirdilər", - deyə AUR lideri Corce Simion bildirib.

Onun sözlərinə görə, aksiyada 100 min nəfərdən çox insan iştirak edib. Simion xəbərdarlıq edib ki, tələblər yerinə yetirilməyənədək Buxarestdə və digər Rumıniya şəhərlərində nümayişlər davam edəcək.

Buxarestdə etirazçılar Rumıniya milli bayraqlarını dalğalandıraraq hökumət və prezident əleyhinə şüarlar səsləndirib, şəhər boyunca yürüş ediblər. Etirazçıların sütunlarını böyük polis və jandarm qüvvələri müşayiət edib.

Qeyd edək ki, 10 saatdan çox davam edən nümayiş zamanı ciddi insidentlər qeydə alınmayıb.

Fatimə Məmmədova

06:45 13.01.2025

Oxunuş sayı: 2725

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR