Xorvatiya MSK: Zoran Milanoviç seçkilərdə 73,67 % səslə qalibdir
Xorvatiyanın seçki məntəqələrindən toplanan məlumatlara əsasən ölkənin hazırkı lideri Zoran Milanoviç prezident seçkilərinin ikinci turunda səslərin 73,67 %-ni toplayaraq qalib gəlib.
Crossmedia.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Xorvatiyanın Dövlət Seçki Komissiyası məlumat yayıb.
6 755 seçki məntəqəsindən 5 040-dan daxil olan məlumatlara əsasən, Milanoviç 691 934 səs ( 73,67%) , onun rəqibi Hakim Xorvatiya Demokratik Birlik partiyasının dəstəklədiyi müstəqil namizəd Draqan Primorats 247 244 səs (26,33%) toplayıb. Seçici fəallığı 43,76 faiz təşkil edib.
Qeyd edək ki, Milanoviç ötən il dekabrın 29-da keçirilən birinci turda seçicilərin 49,09 faizinin, onun əsas rəqibi Primorak isə 19,35 faizinin dəstəyini qazanıb.
Nəzrin Salmanova
06:18 13.01.2025
Oxunuş sayı: 8674