CROSSMEDIA - Britaniyanın kimya sənayesi məhv olmaq üzrədir
Xarici xəbərlər

Britaniyanın kimya sənayesi məhv olmaq üzrədir

Britaniyanın kimya sənayesi yox olmaq həddinə gəlib. 

Crossmedia.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə "Ineos" kimya şirkətinin rəhbəri Cim Retklif xəbərdarlıq edib.

Onun sözlərinə görə, belə bir vəziyyətin yaranmasına enerji daşıyıcılarının yüksək qiymətləri və karbon tullantıları vergiləri səbəb olub. Bunun nəticəsi olaraq, Britaniyanın Greyncmutt şəhərində yerləşən sintetik etanol istehsal edən sonuncu zavod zərərli olduğuna görə bağlanıb. Bu, 80 nəfərin işdən çıxarılmasına, dolayısı ilə daha 500 nəfərin vəziyyətinə mənfi təsir edib. Hazırda Böyük Britaniya tamamilə idxal edilən sintetik etanoldan asılı vəziyyətə düşüb.

Qeyd edək ki, sintetik etanol əsasən dərmanlardan və boyalardan tutmuş kosmetika məhsullarına qədər çoxsaylı məhsullarda istifadə olunur.

Fatimə Məmmədova

06:12 13.01.2025

Oxunuş sayı: 2779

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR