CROSSMEDIA - Əhməd əl-Şara açıqladı: Bu qədər suriyalı evlərinə dönəcək 
Xarici xəbərlər

Əhməd əl-Şara açıqladı: Bu qədər suriyalı evlərinə dönəcək 

Suriyada yeni administrasiyanın lideri Əhməd əl-Şara 61 illik Bəşər Əsəd rejiminin dağılması ilə məcburi köçkün və ölkəni tərk etmək məcburiyyətində qalan suriyalıların öz torpaqlarına qayıtmağa başladığını bildirib.

Crossmedia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, rejimin devrilməsi ilə nəticələnən proses zamanı onların nəzarətində olan bölgələrdə yaşayan insanların məcburi köçkün düşmədiyini, əksinə, daha çox insanın orada yaşamağa başladığını vurğulayıb.

Onun sözlərinə görə, rejimin devrilməsi ilə ölkəyə dönüşlər artacaq:

"Əminəm ki, 2 il ərzində 14 milyon suriyalı ölkələrinə dönəcək. Rejim devrilməsi ilə ölkəyə dönüşlər artacaq".

Nəzrin Salmanova

05:42 13.01.2025

Oxunuş sayı: 9143

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR