CROSSMEDIA - Serbiya Rusiyadan silah tədarükü ilə bağlı bir neçə müqaviləni ləğv edib
Xarici xəbərlər

Serbiya Rusiyadan silah tədarükü ilə bağlı bir neçə müqaviləni ləğv edib

Serbiya Rusiyadan silah tədarükü ilə bağlı bəzi razılaşmalardan imtina edib.

Crossmedia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Milan Moysiloviç məlumat verib.

“Rusiya Federasiyasından silah tədarükü indi praktiki olaraq mümkün deyil. Biz diplomatik kanallar vasitəsilə yeni yaranmış vəziyyətdən çıxmaq üçün bir yol tapmağa çalışırıq. Bəzi razılaşmaları ləğv etmişik, bəzilərini isə qlobal səviyyədə beynəxalq münasibətlər normallaşana qədər təxirə salmışıq”, - deyə o bildirib.

Nəzrin Salmanova

05:25 13.01.2025

Oxunuş sayı: 8751

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR