Ukrayna Rusiyaya 7300 dron hücumu edib
2024-cü ilin yanvarın 1-dən dekabrın 31-dək Ukrayna tərəfindən Rusiyaya qarşı buraxılmış 7300-dən çox dron hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, 2024-cü ildə Ukraynanın sabit qanadlı dron hücumlarının dörddə biri sərhəd bölgəsi olan Belgorod vilayətinə yönəlib və orada 1,896 dron məhv edilib. Kursk vilayətinin hava məkanında 1,206 dron, Bryansk vilayətində isə 1,170 dron vurulub.
Qeyd edək ki, Kiyev kiçik ölçülü hava şarlarından, Neptun gəmi əleyhinə raketlərindən, ABŞ istehsalı olan Patriot və Böyük Britaniya tərəfindən təmin edilmiş Storm Shadov raketlərindən, Hammer aviasiya bombalarından, Uragan, Grad, eləcə də Toçka-U taktiki raket sistemlərindən istifadə edib.
Fatimə Məmmədova
05:15 13.01.2025
Oxunuş sayı: 13042