Alimlər danışdı: dünyaya çırpılarsa nə olar?
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, alimlər son günlərdə Yerə ən yaxın keçidini həyata keçirən nəhəng Alinda asteroidinin hələ də Yer ilə işinin bitmədiyini açıqlayıb.
Belə ki, nəhəng Alinda asteroidi yanvarın 8-də Yerə ən yaxın keçidini həyata keçirib. 4,2 kilometr genişliyində olan bu qayalıq kosmik cisim, 12,3 milyon kilometr məsafəyə qədər yaxınlaşaraq son 100 ildə Yerə ən yaxın məsafəsini gerçəkləşdirib. Bu böyüklükdə bir asteroidin Yerə çırpılması kütləvi bir məhvolmaya səbəb ola bilər.
İtaliyada Virtual Teleskop Layihəsini həyata keçirən astronom Gianluca Masi-yə görə, bu, çılpaq gözlə görünəcək qədər parlaq deyil, amma sadə bir ulduz müşahidə durbini və ya yaxşı bir teleskop ilə müşahidə edilə biləcək qədər parlaqdır.
Bəs, bunun təsirləri nələrdir?
İngiltərədə yerləşən Greenwich Kral Rəsədxanasının astronomu Jake Foster-in sözlərinə görə, Alinda Yerə çırpılarsa, təsiri milyonlarla nüvə bombasına bərabər olacaq.
Əgər Alinda Yerə çırpılarsa, şok dalğaları, zəlzələlər və nəhəng qabarma dalğaları yaradacaq.
Asteroidlərin Yerə çırpılma ehtimalı az olsa da, planet müdafiə sistemləri bu cür təhlükələri müəyyən etmək və qarşısını almaq üçün inkişaf etdirilir.
Qeyd edək ki, Foster, Alinda-nın yaxın keçidinin Yeri təhdid etmədiyini və yaxın gələcəkdə belə bir çarpmanın baş verməyəcəyini vurğulayır.
Fatimə Məmmədova
21:01 12.01.2025
Oxunuş sayı: 2321