CROSSMEDIA - Reuters: “İran İsrail və ABŞ ilə gərginlik fonunda hərbi təlimlər keçirir” 
Xarici xəbərlər

Reuters: “İran İsrail və ABŞ ilə gərginlik fonunda hərbi təlimlər keçirir” 

İran İsraillə artan gərginlik və Trampın ABŞ prezidentliyinə yaxınlaşması fonunda genişmiqyaslı hava hücumundan müdafiə təlimlərinə başlayıb.

Crossmedia.az “Reuters”-ə istinadən bu barədə xəbər verir. 

Bildirilib ki, hərbi təlimlər ölkənin hava, raket və elektron təhlükələrə qarşı müdafiəsini gücləndirmək məqsədi daşıyır.

Xəbər agentliyi qeyd edib ki, təlimlərə Natanz nüvə mərkəzi kimi əsas nüvə obyektlərinin mümkün hücumlardan qorunması da daxildir.

Əməliyyatlar yeni dron və raketlərdən istifadəni, yeraltı raket bazasının imkanlarının nümayişini nəzərdə tutur.

20:34 12.01.2025

Oxunuş sayı: 2355

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR