CROSSMEDIA - Wall Street Journal: “Tehran Çindəki anbardan üç milyon barel neft satır”
Xarici xəbərlər

Wall Street Journal: “Tehran Çindəki anbardan üç milyon barel neft satır”

İran bölgədəki proksi qüvvələrini maliyyələşdirmək üçün Çindəki anbardan təxminən üç milyon barel neft satır.

Crossmedia.az “The Wall Street Journal”-a istinadən bu barədə xəbər verir. 

Məlumata görə, Çin noyabr və dekabr aylarında İslam Respublikasının rəsmiləri ilə danışıqlardan sonra keçən ay nefti bu anbardan çıxarmağa razılaşıb. 

Qeyd olunub ki, özü inflyasiya böhranı və iqtisadi durğunluq içində olan və Bəşar Əsədin devrilməsi ilə Hizbullaha silah göndərmək imkanını itirmiş İran bu neft gəlirindən istifadə etməyə çalışır.

18:52 12.01.2025

Oxunuş sayı: 2325

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR