“Pulkovo” hava limanı fəaliyyətini bərpa edib
Rusiyanın Sankt- Peterburq şəhərinin “Pulkovo” hava limanı əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti dayandırdığı fəaliyyətini bərpa edib.
Bu barədə Crossmedia.az Russiyanın “Rosaviatsiya” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, hava limanının uçuş-enmə zolaqları normativ tələblərə uyğun vəziyyətə gətirilib. Zolaqların təmizlənməsi və təhlükəsizlik tədbirlərinin görülməsindən sonra təyyarələrin qəbuluna və göndərilməsinə başlanılıb.
Bağlanma dövründə Sankt-Peterburqa uçuşlar həyata keçirən 17 təyyarə Moskvanın ehtiyat aerodromlarına yönləndirilib.
Qeyd edək ki, “Pulkovo” hava limanı bu gün saat 16:30-da hava şəraitinə görə yenidən fəaliyyətini dayandırmalı olmuşdu. Daha əvvəl, saat 13:20-də işini bərpa edən hava limanı ümumilikdə 10-dan çox reysə xidmət göstərmişdi. Bu fasilələr mürəkkəb meteoroloji şəraitdə uçuşların təhlükəsizliyini təmin etmək üçün görülən tədbirlərlə əlaqədar olub.
Gültac Mehdizadə
16:29 12.01.2025
Oxunuş sayı: 2427