Qəzzada döyüşlər davam edir: Ölənlər və yaralananlar var
Şənbə günü Qəzza zolağının şimalında baş verən döyüşlər zamanı 4 İsrail əsgəri həlak olub, 6 nəfər isə yaralanıb.
Crossmedia.az "The Times of Israel"ə istinadən xəbər verir ki, İsrailin hücumu nəticəsində ölən əsgərlərin ümumi sayı 402-yə yüksəlib.
Həlak olan əsgərlər:
- 37 yaşlı mayor Aleksandr Fedorenko (Bat Yam),
- 21 yaşlı Danila Diakov (Maale Adumim),
- 19 yaşlı Yahav Maayan (Modiin),
- 19 yaşlı Eliav Astuker (Aşdod).
Altı yaralı əsgərdən ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir. İsrail Müdafiə Qüvvələrinin (IDF) ilkin araşdırmalarına görə, Qəzzanın şimalında, Beyt Hanun bölgəsində əsgərlər silahlı şəxslər tərəfindən quraşdırılmış partlayıcı qurğu ilə vurulub.
Döyüşlər hələ də davam edir və bölgədə vəziyyətin gərgin olduğu bildirilir.
Tərlan Əmrahova
16:10 12.01.2025
Oxunuş sayı: 2706