CROSSMEDIA - Kaliforniya yanğınlarına səbəb ola biləcək qırılan naqil: Araşdırmalar başlayıb
Xarici xəbərlər

Kaliforniya yanğınlarına səbəb ola biləcək qırılan naqil: Araşdırmalar başlayıb

Crossmedia.az xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, Kaliforniyada baş verən meşə yanğınlarının səbəbi kimi elektrik naqilinin zədələnməsi üzərində araşdırmalar aparılır.

Məlumata əsasən, zədələnmiş məftil “Eagle Rock Sylmar” elektrik ötürücü xəttinə qoşulmuş və “Edison International” şirkətinə məxsus bir qüllədə aşkar edilib. Hazırda mütəxəssislər naqilin yanğınlar başlamazdan əvvəl və ya sonra zədələnib-zədələnmədiyini müəyyənləşdirmək üçün araşdırmalar aparır.

Qeyd edək ki, yanvarın 8-dən Los-Ancelesdə başlayan meşə yanğınlarında ölənlərin sayı 16 nəfərə çatıb.

Maral Şahverdili

14:36 12.01.2025

Oxunuş sayı: 3833

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR